Restoran rəhbəri “TikTok”da canlı açan ofisiantı DÖYDÜ

Restoran rəhbəri “TikTok”da canlı açan ofisiantı DÖYDÜ

Hazırda oxunan: Restoran rəhbəri “TikTok”da canlı açan ofisiantı DÖYDÜ
232373
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhəri, Nizami rayonunda yerləşən restoranların birinin icarədarı ofisiantı döyüb.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, restoran işlədən İ.Fərid adlı sahibkar Samirə adlı qadın ofisiantı döyməkdə ittiham edilib.

Belə ki, sahibkar restoranda Samirənin “TikTok”da canlı yayım açdığını görüb. O, ofisianta əsəbiləşib və “sən sabahdan istirahətdəsən”, - deyib.

Hadisənin səhəri günü Samirə gündəlik 20 manat əməkhaqqını almaq üçün Fəridin yanına gəlib. Sahibkar isə işdən qovduğu şəxsin maaşını ödəməkdən imtina edib. Zərərçəkmiş qadın sahibkara “haram xoşun olsun”, - deyib. Bu zaman Fərid restoranda olan müştərilərin yanında Samirəyə hücum edərək onu təhqir edib. Daha sonra onun üzünə qapını çırparaq yumruqla baş nahiyəsinə zərbə vurub.

Nəticədə Samirə baş və bədənin müxtəlif nahiyələrindən zədə alaraq xəstəxanaya yerləşdirilib.

Məhkəmənin qərarı ilə Fərid Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 ay müddətə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO