Kəramət Böyükçölün vəziyyəti ağırlaşdı – Xəstəxanaya yerləşdirildi

Kəramət Böyükçölün vəziyyəti ağırlaşdı – Xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Kəramət Böyükçölün vəziyyəti ağırlaşdı – Xəstəxanaya yerləşdirildi
23217
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yazıçı, jurnalist Kəramət Böyükçöl xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, o, bu barədə özü Facebook səhifəsində məlumat verib. Yazıçı postunda səhhətində ciddi problemlər olduğunu qeyd edib. 

“Neçə gündür xəstəxanada yatıram, qaraciyərdəki ciddi problemlər, bunun da nəticəsində qandakı zəhər başımı, canımı, ümumiyyətlə bütün bədənimi elə bir şəkildə ağrıdır, elə bir şəkildə yandırır ki, adam o ağrılardan xilas olmaq üçün özünə ancaq ölüm arzulayır. Çox dəhşətdir. Heç düşmənimə də elə ağrılar arzulamıram. Yəqin, sabahda-filan başqa bir xəstəxanaya yatırılıb uzun müddət daha ciddi müalicə alacağam”.

K.Böyükçöl dəhşətli ağrılarının olduğuna və müalicə prosesinin çətinliyinə baxmayaraq iki övladı üçün mübarizə aparıb yaşamaq istədiyini də qeyd edib:

“Ağrılar nə qədər şiddətli olsa da, o əzabların içində heç nə və heç kim üçün yox, bu çiçəklərim üçün yaşamaq həvəsim məni özünə qarşı elədiklərinə görə peşman eləyir. Öz çiçəklərimi, eləcə də hamınızın övladlarını uşaqlar günü münasibətilə təbrik edirəm. Balalar xoşbəxt olsun”.

Bizim.Media

Kəramət Böyükçölün vəziyyəti ağırlaşdı – Xəstəxanaya yerləşdirildi - foto 1
Kəramət Böyükçölün vəziyyəti ağırlaşdı – Xəstəxanaya yerləşdirildi - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO