Oğuzda VAZ - 2106 aşdı, xəsarət alanlar var - FOTO

Oğuzda VAZ - 2106 aşdı, xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Oğuzda VAZ - 2106 aşdı, xəsarət alanlar var - FOTO
231421
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oğuz-Kərimli-Şəki avtomobil yolunun Yaqublu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu qəzanın ilkin təfərrüatlarını əldə edib.

Hadisə şahidlərinin sözlərinə və qəza yerinin müayinəsindən sonra məlum olub ki, VAZ - 2106 markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Bu zaman avtomobildə iki nəfər olub.

Onlardan biri nəqliyyat vasitəsini idarə edən Mingeçevir şəhər sakini, 31 yaşlı Afiq Hacıyevdir.

Məlum olub ki, sürücü sərt döngədə sürət həddini endirmədiyindən avtomobil yoldan çıxaraq, qoz ağacına çırpılaraq aşıb.
 

Hadisə nəticəsində sürücü və avtomobildə olan digər şəxs də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəza baş verən yerə Təcili Tibbi yardım briqadası cəlb olunub və hər iki şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.

Oğuzda VAZ - 2106 aşdı, xəsarət alanlar var - FOTO - foto 1
Oğuzda VAZ - 2106 aşdı, xəsarət alanlar var - FOTO - foto 2
Oğuzda VAZ - 2106 aşdı, xəsarət alanlar var - FOTO - foto 3
Oğuzda VAZ - 2106 aşdı, xəsarət alanlar var - FOTO - foto 4


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO