Qəbələdə Nohur göldə bir nəfər BATIB - FOTO

Qəbələdə Nohur göldə bir nəfər BATIB - FOTO

Hazırda oxunan: Qəbələdə Nohur göldə bir nəfər BATIB - FOTO
231416
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rayonun turizm-istirahət məkanlarından olan Nohur gölün kənarında hələlik şəxsiyyəti məlum olmayan insana məxsus şəxsi əşya və geyim dəsti tapılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Nohurqışlaq kəndi ərazisində yerləşən Nohur göldə şəxsiyyəti bəlli olmayan bir nəfərin batma ehtimalı haqda  Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Qeyd olunur ki, Nohur göl su anbarı ətrafında batdığı ehtimal olunan şəxsin telefonu, şəxsiyyət vəsiqəsi və paltarları gölün kənarda aşkarlanıb. 

 Dərhal hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri cəlb olunub. 

Hazırda əraziyə polis əməkdaşları nəzarət edir. FHN-in şimal-qərb Regional Mərkəzinin xilasediciləri isə axtarışlara cəlb olunub. 

Zərurət yaranacağı təqdirdə axtarışlara dalğıcların da cəlb olunması nəzərdə tutulur. 



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO