Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ

Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ

Hazırda oxunan: Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ
230893
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göygöl rayonunda qəbiristanlıqdan 4 ədəd mərmər gülqabı oğurlayan şəxs həbs edilib.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, 1988-ci ildə Göygöl rayonunda anadan olmuş B.H. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib.

Aparılan araşdırma zamanı B.H.-nın oğurluğu ötən ayın 27-də törətməsi məlum olub.
 

B.H. izahatında bildirib ki, Yeni il ərəfəsində içki içib, pulu olmadığı üçün Göygöl rayon qəbiristanlığından oğurluq etmək qərarına gəlib. O, həmin gün içkili halda qəbiristanlıqdan 4 ədəd qara mərmər güldanı qopararaq sellofan paketə qoyub. Həmin güldanları sata bilmədiyi üçün yaşadığı evin həyətində saxlayıb.


Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs bir ay müddətinə inzibati tənbeh növündə həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO