Kürdəmirdə avtomobil yanaraq külə döndü - FOTO-VİDEO

Kürdəmirdə avtomobil yanaraq külə döndü - FOTO-VİDEO

Hazırda oxunan: Kürdəmirdə avtomobil yanaraq külə döndü - FOTO-VİDEO
229890
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə avtomobil yanaraq külə dönüb.

Bizim.Media-nın Aran  bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Tovuz rayon sakini Paşayev İlkin İlqar oğlu özünə məxsus “FORD” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən avtomobildə anidən yanğın baş verib və avtomobil yanaraq külə dönüb.

Hadisə yerinə FHN-in Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Yanğının avtomobilin elektrik sistemində olan  nasazlıqdan baş verdiyi bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

 


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO