Abşeronda gölün səviyyəsi artıb: Həyətləri SU BASIB - VİDEO

Abşeronda gölün səviyyəsi artıb: Həyətləri SU BASIB - VİDEO

Hazırda oxunan: Abşeronda gölün səviyyəsi artıb: Həyətləri SU BASIB - VİDEO
229700
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində göl daşıb, həyətləri, evləri su basıb.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, 4-5 il əvvəl gölə çatmaq üçün piyada xeyli məsafə qət edirdilərsə, indi suyun artması səbəbindən göl onların evinə çatıb.

Problemdən müvəqqəti çıxış yolu kimi Digah bələdiyyəsi yola maşınlarla kərpic qırıntısı tökdüyü üçün, hələ ki, bu küçədə hərəkət etmək mümkündür.

Amma sakinlər hər il gölün səviyyəsinin daha da artdığını deyirlər.

Məsələ ilə bağlı Digah bələdiyyəsindən "Xəzər xəbər"ə bildirilib ki, son dövrlər yağışlar çox yağdığından Mehdiabad ərazisindən gələn su gölün səviyyəsini artırıb. Nəticədə bəzi ərazilərdə su həyətlərə dolub. Bələdiyyədən o da qeyd edildi ki, sabah əraziyə müvafiq texnikalar cəlb olunacaq və həyətlərə dolan suyun çəkilməsi təmin ediləcək.

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO