Nəhəng layihə: Gələcəyin şəhəri belə olacaq - VİDEO

Nəhəng layihə: Gələcəyin şəhəri belə olacaq - VİDEO

Hazırda oxunan: Nəhəng layihə: Gələcəyin şəhəri belə olacaq - VİDEO
229232
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaponiyanın "Toyota" şirkəti tərəfindən "Woven City" ("Gələcəyin şəhəri") adlı nəhəng layihə hazırlanıb.

Bizim.Media "Daily Mail"ə istinadən xəbər verir ki, yüksək və ən müasir texnologiya ilə təchiz ediləcək şəhər artıq 2025-ci ilin payızında sakinlərini qəbul etməyə hazır olacaq.

Şəhər Yaponiyada Fuci dağının ətəyində yerləşir. Yaşayış məkanında süni intellekt və digər qabaqcıl texnologiyalarla təmin edilmiş "ağıllı evlər" inşa edilib.

Layihənin baş direktoru Akio Toyoda bildirib ki, 10 milyard dollar dəyərində olan "Woven City" gələcəyin texnologiyalarını inkişaf etdirmək baxımdan laboratoriya rolunu oynayacaq.

Artıq bu ilin payızında "Woven City" orada pulsuz yaşayacaq ilk 100 sakinini qəbul etməyə hazırdır. "Ağıllı şəhər"də gecə sizi təhlükəsiz şəkildə evə yola salacaq dronlar, yaşlılara kömək edəcək interaktiv ev heyvanları və gündəlik işlərdə kömək edəcək dronlar mövcud olacaq", - deyə Akio Toyoda vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO