
- A-
- A
- A+
Cəmiyyət
12:01 / 04.01.2025
1 dəq oxunma
"BakuBus" avtobusu ilə yük avtomobili toqquşdu, ölən var- FOTO/VİDEO
Hazırda oxunan: "BakuBus" avtobusu ilə yük avtomobili toqquşdu, ölən var- FOTO/VİDEO
228416
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda “BakuBus”a məxsus sərnişin avtobusu ilə yük maşını toqquşub.
Bununla bağlı görüntülər sosial şəbəkədə yer alıb.
Hadisə ilə bağlı Bizim.Media-ya açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev avtobusdakı sərnişinlərdən birinin öldüyünü deyib:
"Sözügedən yol-nəqliyyat hadisəsi saat 10:30 radələrində Bakı-Qazax magistral yolunun 24-cü kilometrliyində baş verib. 99-JZ-185 nömrəli "BakuBus" avtobusu yolun kənarından hərəkətə başlayan Tacikistan dövlətinə məxsus "Volvo" markalı yük avtomobilinə toqquşub. Qəza nəticəsində avtobusda olan bir nəfər sərnişin həyatını itirib, iki nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır".
Günay Şahmar, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.





































































































