Qaxda 8 yaşlı qızı yük maşını VURDU

Qaxda 8 yaşlı qızı yük maşını VURDU

Hazırda oxunan: Qaxda 8 yaşlı qızı yük maşını VURDU
228298
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qaxda azyaşlının vurulması ilə nəticələnən qəza baş verib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhərin mərkəzi hissəsindən keçən Üzeyr Hacıbəyov küçəsində şadlıq evindən çıxıb qarşı tərəfə qaçaraq keçmək istəyən 8 yaşlı Arzu Ramazanovanı Ağdaş rayon sakini Sünhan Əsədov idarə edtdiyi yük avtomobili ilə vurub. 

Qəza nəticəsində azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının köməyi ilə Arzu Ramazanova rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstəriləndən sonra müalicəsini davam etdirmək məqsədi ilə cərrahiyyə şöbəsinə yerləşdirilib. 
 

Xəstəxanadan verilən məlumata əsasən azyaşlının müalicəsi davam etdirilir. Onun vəziyyəti hələ də orta-ağır olaraq qalır. 


Yol qəzası ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır. 

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO