Kürdəmirdə DƏHŞƏT – 18 günlük körpə müəmmalı şəkildə dünyasını dəyişib – FOTO

Kürdəmirdə DƏHŞƏT – 18 günlük körpə müəmmalı şəkildə dünyasını dəyişib – FOTO

Hazırda oxunan: Kürdəmirdə DƏHŞƏT – 18 günlük körpə müəmmalı şəkildə dünyasını dəyişib – FOTO
227814
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə yeni döğulmuş körpə qəfildən dünyasını dəyişib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə dekabr ayının 29-da günorta saatlarında rayonun Dəyirmanlı kəndində qeydə alınıb.
 

Belə ki, 18 günlük körpənin nənəsi Həbibə Məmmədova evdə uşağın halının yaxşı olmadığını müşahidə edib və dərhal təcili tibbi yardıma müraciət edib. Körpə Sevgi Babək qızı Məmmədli Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və körpə xəstəxanaya daxil olana kimi dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.


Qeyd edək ki, körpə Sevgi Məmmədli dekabrın 11-də Sabirabad rayon Mərkəzi xəstəxanasında qeysəriyyə yolu ilə doğulub və xəstəxanadan çıxarıldıqdan sonra Kürdəmirin Dəyirmanlı kəndindəki evinə gətirilib. Nənəsinin sözlərinə görə uşaq sağlam doğulub və uşaqda heç bir neqativ hal aşkar edilməyib. Dəqiq məlumat isə ekspertizanın nəticələrindən sonra məlum olacaq.

Hazırda faktla bağlı araşdırma aparılır.

Kürdəmirdə DƏHŞƏT – 18 günlük körpə müəmmalı şəkildə dünyasını dəyişib – FOTO - foto 1
Kürdəmirdə DƏHŞƏT – 18 günlük körpə müəmmalı şəkildə dünyasını dəyişib – FOTO - foto 2
Kürdəmirdə DƏHŞƏT – 18 günlük körpə müəmmalı şəkildə dünyasını dəyişib – FOTO - foto 3


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO