Cəlilabadda iki avtomobil toqquşdu: Xəsarət alan var - FOTO

Cəlilabadda iki avtomobil toqquşdu: Xəsarət alan var - FOTO

Hazırda oxunan: Cəlilabadda iki avtomobil toqquşdu: Xəsarət alan var - FOTO
227559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Cəlilabad rayonunun Alar kəndində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, qəza nəticəsində hər iki nəqliyyat vasitəsi - “VAZ 2107” markalı avtomobillər ciddi zədələnib, bir nəfər isə xəsarət alıb.

Məlumata görə, hər iki avtomobilin sürücüsü elə həmin kəndin sakinləridir.

Hadisənin başvermə səbəbləri araşdırılır, lakin ilkin ehtimallara əsasən, dönmə-gözləmə qaydalarının pozulması qəzanın baş verməsinə səbəb olub.

Xəsarət alan şəxs təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb. Hazırda onun sağlamlıq vəziyyətinin sabit olduğu bildirilir.

Cəlilabadda iki avtomobil toqquşdu: Xəsarət alan var - FOTO - foto 1
Cəlilabadda iki avtomobil toqquşdu: Xəsarət alan var - FOTO - foto 2

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO