Cəlilabadda avtomobillər toqquşdu, xəsarət alan var - FOTO

Cəlilabadda avtomobillər toqquşdu, xəsarət alan var - FOTO

Hazırda oxunan: Cəlilabadda avtomobillər toqquşdu, xəsarət alan var - FOTO
227508
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Cəlilabad rayonunun Alar kəndində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza nəticəsində hər iki nəqliyyat vasitəsi - VAZ - 2107 və "Mercedes" markalı avtomobillər ciddi zədələnib, bir nəfər isə xəsarət alıb.

Məlumata görə, hər iki avtomobilin sürücüsü elə həmin kəndin sakinləridir. Hadisənin başvermə səbəbləri araşdırılır, lakin ilkin ehtimallara əsasən, dönmə-gözləmə qaydalarının pozulması qəzanın baş verməsinə səbəb olub.

Xəsarət alan şəxs təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb. Hazırda onun sağlamlıq vəziyyətinin sabit olduğu bildirilir.

Cəlilabadda avtomobillər toqquşdu, xəsarət alan var - FOTO - foto 1
Cəlilabadda avtomobillər toqquşdu, xəsarət alan var - FOTO - foto 2

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO