DİQQƏT: Təyyarənin qəzaya uğradığı yerdə daha bir qara qutu TAPILDI

DİQQƏT: Təyyarənin qəzaya uğradığı yerdə daha bir qara qutu TAPILDI

Hazırda oxunan: DİQQƏT: Təyyarənin qəzaya uğradığı yerdə daha bir qara qutu TAPILDI
227199
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı ərazidə daha bir qara qutu tapılıb.

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev Astanada keçirilən brifinq zamanı açıqlayıb.

O bildirib ki, qəza yerindən iki qara qutu tapılıb: “Qutular aviaqəzaların təhqiqatı şöbəsinə veriləcək.

Qeyd edilib ki, aparılan araşdırma ilə əlaqədar olaraq, zərərçəkmişlər dindirilib: “Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı əldə edilib. Hadisə yeri ərazi polis qüvvələri tərəfindən qorunur”.

Qeyd edək ki, ötən gecə Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov keçirdiyi təcili brifinq zamanı qəza yerindən bir qara qutunun tapıldığını açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO