Cəlilabadda qəza olub, xəsarət alanlar var - FOTO/VİDEO

Cəlilabadda qəza olub, xəsarət alanlar var - FOTO/VİDEO

Hazırda oxunan: Cəlilabadda qəza olub, xəsarət alanlar var - FOTO/VİDEO
226254
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb – 1 sərnişin və 2 sürücü. Yaralılar dərhal Cəlilabad Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisənin ilkin araşdırmasının nəticəsinə əsasən, Astara istiqamətindən gələn avtomobil əks istiqamətdən gələn və sola dönmək üçün dayanışda olan digər “Mercedes”ə çırpılıb.

Hər iki avtomobil ciddi fiziki zədələnməyə məruz qalıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.


Cəlilabadda qəza olub, xəsarət alanlar var - FOTO/VİDEO - foto 1
Cəlilabadda qəza olub, xəsarət alanlar var - FOTO/VİDEO - foto 2

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO