Bu şəxslərin ödədiyi ƏDV tam geri QAYTARILACAQ - FOTO

Bu şəxslərin ödədiyi ƏDV tam geri QAYTARILACAQ - FOTO

Hazırda oxunan: Bu şəxslərin ödədiyi ƏDV tam geri QAYTARILACAQ - FOTO
225980
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən turistlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur.

"Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərin verilməsidir.
 

Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə, ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək. Bu dəyişiklik eyni zamanda tibb müəssislərinin gəlirlərini də artıra bilər. Yeni dəyişiklikdən sonra turistlərin tibb xidmətlərə tələbinin artacağı istisna deyil.


Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Bu eyni zamanda səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər. Dəyişikliyin gələn aydan qüvvəyə minməsi gözlənilir".

Bu şəxslərin ödədiyi ƏDV tam geri QAYTARILACAQ - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO