Dələduzlar vətəndaşın adından 15 min manat kredit götürüblər? – TƏFƏRRÜATLAR/VİDEO

Dələduzlar vətəndaşın adından 15 min manat kredit götürüblər? – TƏFƏRRÜATLAR/VİDEO

Hazırda oxunan: Dələduzlar vətəndaşın adından 15 min manat kredit götürüblər? – TƏFƏRRÜATLAR/VİDEO
225950
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətəndaşın telefonuna daxil olaraq adına 15 min manat kredit götürüblər.

Bizim.Media xəbər verir ki, hadisə paytaxt sakini Aqil Babayevin başına gəlib.

O bildirib ki, operator adından zəng edən dələduzlar, mobil internetin sürətini artırmağı vəd ediblər. Bu məqsədlə ondan bir neçə əməliyyat icra etməsini tələb ediblər.
 

Aqil Babayev deyir ki, telefon yenidən açılanda dələduzların qurbanına çevrildiyini anlayıb. Belə ki, onun adından online yol ilə 15 min manat kredit götürülüb. Həmin məbləği isə daha sonra öz hesablarına köçürüblər. Vətəndaş bununla bağlı banka da müraciət edib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, problemlə əlaqədar Aqil Babayevin müraciəti artıq qeydə alınıb. Vətəndaşın müraciəti əsasında araşdırma aparılır və qanuna müvafiq tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO