“Bir yüksək rütbəli zabit dedi ki, bizi bura Mütəllibov göndərib...”- Qərargah rəisinin gündəliyindən

“Bir yüksək rütbəli zabit dedi ki, bizi bura Mütəllibov göndərib...”- Qərargah rəisinin gündəliyindən

Hazırda oxunan: “Bir yüksək rütbəli zabit dedi ki, bizi bura Mütəllibov göndərib...”- Qərargah rəisinin gündəliyindən

225337
Rafiq Nağıyev: “Mayın 16-a keçən gecə Çingiz Mustafayevlə kürək-kürəyə saat yarım yuxuladım...”xa0

…Şuşa və Laçının 26-cı qara “yubileyi” tamamlansa da, hər biri bir təbii qala olan bu dilbər guşələrimizin asanlıqla düşmənə təslim edilməsinin ağrı-acısı bir yana, həm dəxa0 onların işğal sirlərinin açılmaması, işğalçı və terrorçu ermənilər bir yana, Azərbaycan hakimiyyəti və hərbi rəhbərlikdə buna şərait yaratmış xainlərin cəzalandırılmaması qəlbimizi yaxıb yandırır...

...26 il öncə bu günlərdə Şuşa və Laçın ətrafında təxribatlar baş alıb gedir, məntiqsiz əmr və göstərişlər verilirdi.xa0 30 aprel 1992-ci ildə Azərbaycanın o vaxtkı Baş Qərargah rəisi Şahin Musayevin hazırlatdığı və müdafiə naziri Rəhim Qazıyevin imzaladığı əmrlə o dövr üçün kifayət qədər nizam-intizamla idarə olunan, polkovnik Arif Paşayevin komandirlik etdiyi Laçın alayı - 811 saylı hərbi hissə rəsmən ləğv olunaraq aprelin 22-dən Şuşa, Laçın, Qubadlı və Zəngilan bölgələri üzrə hərbi komendant təyin olunmuş polkovnik-leytenant Elbrus Orucovun ixtiyarına buraxılır...xa0 Alay rəhbərliyi bu əmrə tabe olmasa da, şəxsi heyət bundan xəbər tutmasa da, qeyri-iradi komandanlıqda və döyüş əmrlərinin verilməsində pərakəndəlik və xaos yaranır....

Sonradan məhkəmədə və müsahibələrində sabiq müdafiə naziri Rəhim Qazıyev o günlər işin hədsiz çoxluğundan onu hazırlayanlara etibar etməklə həmin əmri əsl məğzi ilə tanış olmadan imzaladığını bildirir...

Moderator.az 1992-ci il mayın 1-dən 18-dək Laçında baş verənləri 811 saylı hərbi hissənin- Laçın alayının sabiq qərargah rəisi Rafiq Nağıyevin gündəlik və xatirələri əsasında nəzərinizə çatdırır.


(Materialın əvvəlki hissələri üçün bu linkə baxın:xa0 //www.moderator.az/news/225175.html)

“...Mayın 15-i axşam Ermənistanla sərhəddəki 29-cu postdan xəbər verdilər ki, Şuşanın Turşsu qəsəbəsi istiqamətindən Laçına doğru maşın karvanı gəlir. Getdik qarşılarına. PDM, ZTR, tank və yük maşınları ilə gələn qüvvələr Laçından keçərək Qubadlı istiqamətinə getmək istəyirdilər. Müvəqqəti də olsa, qarşılarını silah gücünə saxlaya bildik...

Gecənin qaranlığında qaçmaq istəyənlərin əsas komanda heyətlərini silahla hədələyib alayın qərargahına gətirdik. Bizə tabe olmaq istəmirdilər. Deyirdilər, bizə əmr verilibdir, Bakıya getməliyik. Bir yüksək rütbəli zabit dedi ki, bizi bura Mütəllibov göndərib. Onu devirdilər, indi də biz Bakıya qayıdırıq. Həmin vaxtxa0 Laçının deputatı Səlim Səlimov da qərargaha gəldi...

Onuda əlavə olaraq deyim ki, Səlim müəllim hadisələrinxa0 başladığı ilk günlərdən daim bizlərə(müdafiə komitəsi zamanından bəri)maddi-mənəvi dəstək olub....

Mayın 15-i rəhmətlik Çingiz Mustafayev də Laçında idi. Turşsudan çıxan hərbi hissə komandirləri Laçın alayının qərargahında olanda o, orada çəkiliş edib.Çox təəssüf ki, 26 ildir, həmin kadrlar hələdə tam olaraq göstərilmir...


Komandirlər Turşsudan çıxmaqlarını hərəsi bir cür izah edirdi.Əksəriyyəti Mütəllibovun devrilməsini əsas gətirirdi. Arif Paşayev və Səlim müəllim çox kəskin şəkildə bildirdilər:”Nə qədər ki, ermənilər Turşsuya girməyib təcili geri qayıtmaq lazımdır!..”

Heç biri eşitmək istəmirdi. “Köhnə poçt” deyilən yerdən xəbər verdilərki texnikaları Qubadlı istiqamətinə çıxarırlar. Bir neçəsi getsədə, qalanlarını silah gücünə getməyə qoymamalarını tapşırdiq... Amma bəzilərini qayıtmağa razı salsaqda, sonradan onlarda qaçmışdılar.Beləki, Əzizağa Qənizadə Ağayunus kəndi istiqamətinə qalxmalı idi.Rəhmətlik laçınlı Rafayel müəllim özü onlara bələdçilik edərək aparacağını dedi. Onlar Rafayel müəllimi yolda silah gücünə maşından düşürüb Qubadlıya getmişdilər...

Mayın 16-a keçən gecə qərargahda stulları qarşı qarşıya qoyub Çingiz Mustafayevlə kürək kürəyə saat yarım yuxuladım. Səhər tezdən durub həyətəendim, Çıngızın operatoru Şakir pilləkənin altında qərargahın bir neçə əsgəri ilə yan-yana yatmışdı...


Həmin günlər Laçın Ermənistan tərəfdən artilleriya atəşinə tutulurdu.Yuxarı Laçına düşən mərmilər bir neçə evi yandırmışdı. “Köhnə poçt”a çıxdım.Bir neçə əsgər və bizim postun əsgərlərindən başqa heç kim yox idi.Bölük komandiri Əhliyyət Süleymanovla əlaqə saxlayıb bölüklə şəhərin yuxarı hissəsinə getməyi tapşırdım.Kadrlardada bölüyün Zabux istiqamətindən gəlib yuxarı Laçına getmələri görsənir.Mənim poçtda “Əsgər marşı” oxutdurduğum əsgərlərdə həmin əsgərlərdəndir...

Poçtda olan əsgərlər bildirdilərki, Turşsudan gələnlərdən geri qayıdan olmadı,hamısı Qubadlı istiqamətində getdi...”

(Davamı var)

Təqdim etdi: Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO