Xidmət rəisi dövlətə 2 milyon ziyan vurub - MƏHKƏMƏ

Xidmət rəisi dövlətə 2 milyon ziyan vurub - MƏHKƏMƏ

Hazırda oxunan: Xidmət rəisi dövlətə 2 milyon ziyan vurub - MƏHKƏMƏ
224979
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə başlayıb.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Məhkəmənin baxış iclası dekabrın 26-na təyin olunub.


Qeyd edək ki, Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərova Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.


Elvin Cəfərov MN-dəki mənimsəmə üzrə cinayət işində təqsirli bilinib. Onun cinayət işi ayrıca icraata götürülüb. Onun tərəfindən dövlətə vurulmuş ziyan 2 milyon 200 min manat hesablanıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında Elvin Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elvin Cəfərov ötən ilin dekabrında Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO