Nazirlər Kabineti "Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları"nı təsdiq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, hökumətin "Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında" 18 sentyabr 2012-ci il tarixli, "Ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının həcmi, nomenklaturu və istifadə qaydası"nın təsdiq edilməsi və "Dövlət ehtiyatının nomenklaturası və yığım həcmlərinin yuxarı həddi haqqında" 9 dekabr 1999-cu il tarixli qərarının ləğv edilməsi barədə 31 oktyabr 2020-ci il tarixli qərarı (5-ci hissəsi istisna olmaqla), "Tibbi və dərman vasitələri üzrə dövlət ehtiyatlarının həcmi və nomenklaturu"nun təsdiq edilməsi haqqında" 15 dekabr 2020-ci il tarixli qərarı ləğv edilib.
Qərardan irəli gələn məsələlərin həlli Maliyyə Nazirliyi və Dövlət Ehtiyatları Agentliyinə həvalə edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:07 / 06.12.2024
Maliyyə Nazirliyinin səlahiyyətləri ARTIRILDI
Hazırda oxunan: Maliyyə Nazirliyinin səlahiyyətləri ARTIRILDI
Hazırda oxunan: Maliyyə Nazirliyinin səlahiyyətləri ARTIRILDI
224060
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.