MN-in sabiq idarə rəisinin cəzası AĞIRLAŞDIRILDI

MN-in sabiq idarə rəisinin cəzası AĞIRLAŞDIRILDI

Hazırda oxunan: MN-in sabiq idarə rəisinin cəzası AĞIRLAŞDIRILDI

223905

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Mahir Şirvanov barəsində olan hökmdən verilən apellyasiya protesti və şikayətləri üzrə məhkəmə yekunlaşıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim ElbəyAllahverdiyevin sədrliyi ilə ilə keçirilən məhkəmə prosesində qərar qəbul olunub.
 

Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub.


Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Təqsirləndirilən Mahir Şirvanov son söz olaraq öz xidmətini şərəflə başa vurduğunu qeyd edib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin bu il sentyabrın 9-da çıxardığı hökmə əsasən, Mahir Şirvanov 3 il müddətinə azadlıqdan məhrum olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO