Tələbələrin bufetlə bağlı şikayətinə rəsmi REAKSİYA

Tələbələrin bufetlə bağlı şikayətinə rəsmi REAKSİYA

Hazırda oxunan: Tələbələrin bufetlə bağlı şikayətinə rəsmi REAKSİYA

223883

Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrindən bufetlə bağlı şikayət paylaşılıb.

Tələbələr qeyd ediblər ki, universitetin əsas korpusundakı bufetdə tələbələrə "Əgər yeməyi evdən gətirib, bizə xeyir verməyəcəksinizsə, oturmayın" sözlərini deyiblər.


Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı sözügedən universitetlə əlaqə saxlayıb.


Azərbaycan Tibb Universitetinin (ATU) İcitmaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova qeyd edib ki, heç bir tələbə tərəfindən yeməkxanaya və ya prorektorluğa belə bir məsələ ilə bağlı şikayət daxil olmayıb:

"Lakin sosial şəbəkədə yayılan məsələyə əsasən bu gün universitet rəhbərliyi və bu işlə məşğul olan prorektorluq tərəfindən ciddi tapşırıq verilib ki, tələbələrin istəyinə uyğun olaraq hər şey tənzimlənsin",- deyə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO