Dövlətin iki milyonunu mənimsəyən sabiq rəis barədə QƏRAR VERİLDİ

Dövlətin iki milyonunu mənimsəyən sabiq rəis barədə QƏRAR VERİLDİ

Hazırda oxunan: Dövlətin iki milyonunu mənimsəyən sabiq rəis barədə QƏRAR VERİLDİ
223857
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Liftlərin təmiri və quraşdırılması üçün ayrılmış iki milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilən "Bakılift-2" İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə qərar verilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə Bakı Apellyasiya Məhkəməsinin onun barəsində olan qərarından verilən şikayətə baxılıb. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, onun barəsində 2019-cu ildə cinayət işi başlanıb. İttihama görə, Ruslan Dilanov dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatını mənimsəyib.

Həmçinin dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqların təyinatı üzrə istifadə edilməməsində ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2021-ci ildə sabiq rəisin barəsində bəraət hökmü çıxarıb.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısının R.Dilanov barəsində olan protestini təmin edib. Məhkəmənin qərarı ilə bəraətverici hökm ləğv edilib və sınaq müddəti seçilməklə ona şərti cəza verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO