Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Köhnə Ələt-Astara avtomobil yolunda "VAZ 2110" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobili toqquşub.
Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir, vəfat edənin və yaralının şəxsiyyəti dəqiqləşdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu