Bakıda yol qəzası olub, xəsarət alan var - FOTO

Bakıda yol qəzası olub, xəsarət alan var - FOTO

Hazırda oxunan: Bakıda yol qəzası olub, xəsarət alan var - FOTO
223417
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.
 

Belə ki, idarəetməni itirən "KİA" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini dirəyə çırpıb. Qəza zamanı bir nəfər xəsarət alıb.


Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən xəbərə görə, 02.12.2024-cü il tarixində saat 20:50 radələrində Heydər Əliyev prospekti ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 77 yaşlı şəxsə (kişi cinsli) ilkin tibbi xidmət göstərilib.

O beyin-qan dövranının pozğunluğu diaqnozu ilə Nizami Tibb Mərkəzinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO