
- A-
- A
- A+
Cəmiyyət
12:51 / 29.11.2024
1 dəq oxunma
Yevlaxda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ – Yaralanan var – FOTO
Hazırda oxunan: Yevlaxda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ – Yaralanan var – FOTO
222932
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Yevlaxda sərnişin avtobusu TIR-a çırpılıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, hadisə bu gün saat 10:50 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində qeydə alınıb.
Qəza zamanı “SCANIA” markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Nəticədə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Qarabağ bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































