Gəncə qışa hazırdırmı? – FOTO

Gəncə qışa hazırdırmı? – FOTO

Hazırda oxunan: Gəncə qışa hazırdırmı? – FOTO
222332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Soyuq qış aylarının yaxınlaşması və havaların soyuması ilə əlaqədar şəhərlərin qarlı-şaxtalı havalara nə dərəcə hazırlıqlı olması məsələsi yenidən gündəmə gəlib.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə qış mövsümünə hazırlıq işlərinə artıq start verib.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) rəis müavini İlqar Əsədovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, ehtimal edilən sərt hava şəraitinə qarşı 10 ədəd "MAZ" markalı avtomobil, 4 qoşqusuz və qoşqulu traktor, 2 "Amkodor" texnikası və 1 "Qreyder" hazır vəziyyətə gətirilib. Bundan əlavə, anbarlara 10 tona yaxın qum və duz ehtiyatı tədarük edilib və zərurət yarandığı halda əlavələr olunacaq.

Qışa hazırlıq işləri təkcə texniki sahə ilə məhdudlaşmır...

İ. Əsədov qeyd edib ki, şəhər ərazisindəki 260-dək çoxmənzilli binanın tüstü bacaları təmizlənib və proses digər binlarda da davam etdirilir:

“MKTİB-in bütün təsərrüfatlarının gücləndirilmiş iş rejiminə keçirildiyini bildirən rəis müavini vurğulayıb ki, payız-qış mövsümündə yarana biləcək problemlər operativ şəkildə həll olunacaq. Bunun üçün birliyin mütəxəssisləri texnikalara mütəmadi olaraq nəzarət edirlər”.

Gəncə qışa hazırdırmı? – FOTO - foto 1
Gəncə qışa hazırdırmı? – FOTO - foto 2
Gəncə qışa hazırdırmı? – FOTO - foto 3
Gəncə qışa hazırdırmı? – FOTO - foto 4
Gəncə qışa hazırdırmı? – FOTO - foto 5

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO