Kürdəmirdə mikroavtobus aşdı, 5 nəfər xəsarət aldı - FOTO

Kürdəmirdə mikroavtobus aşdı, 5 nəfər xəsarət aldı - FOTO

Hazırda oxunan: Kürdəmirdə mikroavtobus aşdı, 5 nəfər xəsarət aldı - FOTO
221616
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
 

"Mercedes" markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və bir neçə dəfə çevrilərək aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər Göyçay sakinləri - 17 yaşlı Bəkirov Şəfa, 68 yaşlı Süleyman Rəhimov, 18 yaşlı Ələkbərova Nərmin, Bakı sakini Məmmədova Nəzakət və Yaqubov Dmitri Nubaxoviç müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.


Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Kürdəmirdə mikroavtobus aşdı, 5 nəfər xəsarət aldı - FOTO - foto 1
Kürdəmirdə mikroavtobus aşdı, 5 nəfər xəsarət aldı - FOTO - foto 2
Kürdəmirdə mikroavtobus aşdı, 5 nəfər xəsarət aldı - FOTO - foto 3

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO