Naxçıvandakı təlimlərə xüsusi təyinatlılar cəlb olundu - VİDEO

Naxçıvandakı təlimlərə xüsusi təyinatlılar cəlb olundu - VİDEO

Hazırda oxunan: Naxçıvandakı təlimlərə xüsusi təyinatlılar cəlb olundu - VİDEO
22042
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Qarnizonu Qoşunlarında mayın 17-də başlayan komanda-qərargah təlimi davam edir. 

Bizim.Media xəbər verir ki, təlimin növbəti mərhələsində qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərində işlənilib, qəbul edilmiş qərarlar rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə praktiki fəaliyyətlərə cəlb olunmuş bölmələrə çatdırılıb.

Qoşunların cəmləşmə rayonlarında, atəş və start mövqelərində yerləşməsi, eləcə də döyüş fəaliyyətlərinin gedişi zamanı artilleriya bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib. 

Ordu aviasiyasının havadan himayəsilə taktiki desantın düzən əraziyə və çətin relyefə malik hakim yüksəkliyə çıxarılması həyata keçirilib.

Kəşfiyyat və xüsusi təyinatlı bölmələr çətin dağ şəraitində diversiya-təxribat xarakterli fəaliyyətləri icra ediblər. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO