Bayrağımız "Ginnesin rekordlar kitabı"na DÜŞDÜ - FOTO

Bayrağımız "Ginnesin rekordlar kitabı"na DÜŞDÜ - FOTO

Hazırda oxunan: Bayrağımız "Ginnesin rekordlar kitabı"na DÜŞDÜ - FOTO
219801
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Bayrağı Meydanında ucaldılan üçrəngli bayraq ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə “report.az”a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib. 

Onun sözlərinə görə, Dövlət Bayrağı Meydanı təmirə bağlanmazdan öncə bayraq dirəyinin hündürlüyünə görə bu rekord qırılmışdı: 
 

"Hazırda isə yeni sertifikat Dövlət Bayrağı Meydanında ucaldılan bayrağın ölçüləri ilə bağlıdır. Hazırda ucaldılan bayrağın eni 36 metr, uzunluğu isə 72 metrdir. Bayrağımızın "Ginnesin rekordlar kitabı"na düşməsi iki gün öncə rəsmiləşdirilib. Bayrağın ümumi çəkisi 500 kiloqramdan artıqdır". 


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar. Dövlət başçısı burada Azərbaycanın üçrəngli bayrağını ucaldıb. 

Bayrağımız
Bayrağımız

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO