Bakı-Qazax yolunda ağır QƏZA: Ölən var – FOTO

Bakı-Qazax yolunda ağır QƏZA: Ölən var – FOTO

Hazırda oxunan: Bakı-Qazax yolunda ağır QƏZA: Ölən var – FOTO
217713
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün, saat 23:00 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Goranboy rayon sakini Rəşad Qurbanovun idarə etdiyi “Hyundai” markalı avtomobil qarşıda gedən “Kamaz” markalı yük avtomobili ilə toqquşduqdan sonra yoldan çıxaraq aşıb. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib. 

Qəza nəticəsində R.Qurbanovun sərnişini - Yevlax rayon sakini, 66 yaşlı Vahid Babayev hadisə yerində həyatını itirib. 
 

"Bu növ qəzalar üçün səciyyəvi olan əlamətlər minik avtomobilinin sürücüsünün yorğun, yuxusuz halda sükan arxasında əyləşməsindən, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından xəbər verir. 


Baş Dövlət Yol Polisi İdarəsi bu kimi əməllərin sonda bərpası mümkün olmayan itkilərə yol açdığını bir daha xatırladır və sürücüləri yaşanan acı təcrübələrdən düzgün nəticə çıxarmağa çağırır", - məlumatda deyilir. 

Bakı-Qazax yolunda ağır QƏZA: Ölən var – FOTO - foto 1
Bakı-Qazax yolunda ağır QƏZA: Ölən var – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO