
- A-
- A
- A+
Cəmiyyət
08:37 / 12.10.2024
1 dəq oxunma
Masallıda magistral yolu keçmək istəyən piyada HƏYATINI İTİRDİ – FOTO
Hazırda oxunan: Masallıda magistral yolu keçmək istəyən piyada HƏYATINI İTİRDİ – FOTO
215673
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Masallıda yol-nəqliyyat hadisəsi baş verdib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara istiqamətində hərəkətdə olan "Mercedes VİTO" markalı minik avtomobili yolu keçmək istəyən piyada Masallı rayonunun Sərçuvar kənd sakini 1980-cı il təvəllüdlü Məhərrəm Əlihüseyn oğlu Seyfiyevi vurub.
Sürücü ağır xəsarət alan piyadanı avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb. Buna baxmayaraq piyada aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































