Rüşvətə görə tutulan gömrükçü məşhur generalın qardaşı oğludur - TƏFƏRRÜAT

Rüşvətə görə tutulan gömrükçü məşhur generalın qardaşı oğludur - TƏFƏRRÜAT

Hazırda oxunan: Rüşvətə görə tutulan gömrükçü məşhur generalın qardaşı oğludur - TƏFƏRRÜAT
21517
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünən Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi ilə Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyatla bağlı bəzi təfərrüatlar məlum olub.

Bizim.Media xəbər verir ki, saxlanılanlardan biri keçmiş hərbçi polkovnik-leytenant Elman Mirzəyevdir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirildi - saxlanılanlar var


Məlumata görə, E. Mirzəyev gömrük sisteminə yeni gəlib və Gömrük Komitəsində inspektor vəzifəsində çalışıb. Onun bu vəzifəyə təyin olunan gündən rüşvət aldığı ilə bağlı informasiyalıar var. İddia olunur ki, ona bu məsələlərlə bağlı dəfələrlə xəbərdarlıqlar da edilib.

Gömrük Komitəsinin korrupsiyaya qarşı mübarizə tədbirlərini gücləndirildiyi bir vaxtda onun bu əməllərinin qarşısı alınmayıb və komitə rəhbərliyinin özünün təşəbbüsü ilə əməliyyat keçirilib.

Qeyd edək ki, Elman Mirzəyev uzun illər DİN-də yüksək vəzifələr daşımış general Sahib Mirzəyevin qardaşı oğludur. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO