Qarabağa köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib - FOTO

Qarabağa köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib - FOTO

Hazırda oxunan: Qarabağa köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib - FOTO
214658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 2800-dək şəxsin məşğulluğu təmin edilib, 117 nəfər üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatları qurulub.

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə nazirlikdə keçirilən görüşdə deyib.

Söhbət zamanı Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunmasında, həmçinin onlar üçün peşə hazırlığı kurslarının təşkilində işəgötürənlərlə fəal və davamlı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Eləcə də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün tətbiq olunan güzəştlərdən bəhs olunub.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə məşğulluq tədbirlərinin təşkili istiqamətində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Qarabağa köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib - FOTO - foto 1
Qarabağa köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO