Məktəblinin ölüm faktı ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Məktəblinin ölüm faktı ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Məktəblinin ölüm faktı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
214335
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu, 71 saylı orta məktəbin şagirdi bıçaqlanıb. Hadisə zamanı 2008-ci il təvəllüdlü A.S yaşıdı D.N-nı bud nahiyəsindən bıçaqlayıb. 

Yaralı şagird xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olarq şagirdin ölüm faktı ilə bağlı açıqlama verib:
 

MÖVZU İLƏ BAĞLI:

Sabunçuda məktəblinin ölüm faktı ilə bağlı cinayət işi BAŞLANDI


“02.10.2024-cü il tarixində saat 14:40 radələrində 2008-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Sağ budun yuxarı üçdə birinin iç və bayır səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Göstərilən reanimasion tədbirlərə baxmayaraq, kəskin qan itirmə və 4-cü dərəcəli hemorragik şok səbəbilə sözügedən şəxsin həmin gün saat 15:00 radələrində ölüm faktı qeydə alınıb”.

Qeyd edək ki, Baş Prokurorluqda hadisə ilə bağlı araşdırma başlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO