80 minlik oğurluq edib Rusiyaya qaçmışdı - Ölkəyə GƏTİRİLDİ

80 minlik oğurluq edib Rusiyaya qaçmışdı - Ölkəyə GƏTİRİLDİ

Hazırda oxunan: 80 minlik oğurluq edib Rusiyaya qaçmışdı - Ölkəyə GƏTİRİLDİ
214150
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naftalan şəhərində oğurluq edərək ölkə ərazisindən qaçan şəxs Rusiyada saxlanılıb. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Belə ki, İnterpolun Milli Mərkəzi Bürosu və Naftalan ŞPŞ-nin keçirdiyi tədbirlərlə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan Arif Vəliyev Rusiyada tutularaq Azərbaycana gətirilib. 

Məlum olub ki, 2023-cü ilin sentyabrında Naftalan polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus mənzilə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Elvin Əhmədli, Hikmət Məmişov və Arif Vəliyev bir araya gələrək E. Əhmədlinin yaxın qohumunun mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər. 

E. Əhmədli ev sahibinin ad günündə mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək A. Vəliyevə verib və sonuncu mənzilə daxil olaraq oradan 60 min manat nağd pul, 20 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. 

Cinayət hadisəsini törətdikdən sonra A. Vəliyev H. Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb, qalan hissəsini isə qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib. 

Faktla bağlı cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO