Bəzi yerlərdə şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

Hazırda oxunan: Bəzi yerlərdə şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
214138
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 2-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində oktyabrın 1-i gündüz saatlarından başlayaraq hava şəraiti dəyişib. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. 

Qeyd olunub ki, Şahdağın 3 000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb. 

Düşən yağıntının miqdarı Göygöldə 10 mm, Daşkəsəndə 8 mm, Şahbuzda 7 mm, Tərtər, Şəki, Yevlax, Goranboy, Gədəbəydə 2 mm, Naxçıvan, Quba, Xaltan, Xınalıq, Altıağac, Naftalan, Bərdə, Ağdam, Ağcabədi, Kürdəmir, Sabirabad, İsmayıllı, Qəbələ, Şamaxı, Beyləqan, Daşkəsən, Ağsu, Gəncə, Göyçay, Mingəçevir, Oğuz, Qusar, Balakən, Xaçmaz, Qaxda 1 mm-dək olub. 

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Şahdağda arabir 20 m/s-dək güclənib. Göygöl, Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunub. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 27, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO