Paytaxt məktəblərində 23 mindən artıq uşaq məktəbəhazırlıq qruplarına CƏLB OLUNUB

Paytaxt məktəblərində 23 mindən artıq uşaq məktəbəhazırlıq qruplarına CƏLB OLUNUB

Hazırda oxunan: Paytaxt məktəblərində 23 mindən artıq uşaq məktəbəhazırlıq qruplarına CƏLB OLUNUB

214058

Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bizim.Media-ya bildirilib ki, 2024-2025-ci tədris ilində idarənin tabeliyindəki 287 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 23 min 438 uşaq qeydiyyatdan keçib.

Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir.
 

Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.


Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO