
- A-
- A
- A+
Cəmiyyət
12:46 / 01.10.2024
1 dəq oxunma
Bu Agentliyin iki sədr müavini işdən çıxarıldı
Hazırda oxunan: Bu Agentliyin iki sədr müavini işdən çıxarıldı
213986
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin iki sədr müavini vəzifələrindən azad edilib.
Bizim.Media modern.az-a istinadən xəbər verir ki, sədr müavinləri Cəmaləddin Quliyev və Rüfət Cavadov işdən çıxarılıb.
Agentlikdən məlumatı təsdiq ediblər. Bildirilib ki, hər iki şəxs başqa işə keçmələri səbəbi ilə öz ərizələri əsasında azad ediliblər.
Qeyd edək ki, Cəmaləddin Quliyev sözügedən vəzifəyə 6 iyul 2020-ci ildə, Rüfət Cavadov isə 17 avqust 2021-ci ildə təyin ediliblər.
Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyinin sədri Sadiq Əliyev bu ilin may ayında vəzifəyə təyin olunub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































