"Ekologiya postu" ərazisində ağaclar yanıb

"Ekologiya postu" ərazisində ağaclar yanıb

Hazırda oxunan: "Ekologiya postu" ərazisində ağaclar yanıb
212992
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonu, Xırdalan şəhəri yaxınlığında, "ekologiya postu" adlanan ərazinin arxasındakı yaşıllıq sahədə ağacların yanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bizim.Media xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq Xidmət rəsmisi Asif Məcidov bildirib.
 

O qeyd edib ki, əraziyə baxış keçirilib və faktla bağlı akt tərtib edilib. Yanğının səbəblərinin müəyyənləşdirilməsi və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə sənədlər Fövqəladə Hallar Nazirliyinin Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilib.


Xidmət rəsmisi qeyd edib ki, sözügedən ərazidə əvvəlki illərdə də yanğın hadisəsi baş verib, onlar akt tərtib olunaraq təbiətə dəyən ziyan hesablanıb və sənədlər aidiyyəti qurumlara göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO