Sakinlərə ŞAD XƏBƏR: 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO/VİDEO

Sakinlərə ŞAD XƏBƏR: 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO/VİDEO

Hazırda oxunan: Sakinlərə ŞAD XƏBƏR: 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO/VİDEO
212929
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının 8 Noyabr prospektində aparılan asfaltlanma işləri yekunlaşmaq üzrədir.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, hazırda əsaslı təmir işləri prospektin şəhər mərkəzi istiqamətində 7-ci dairəvi küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılır. Sözügedən ərazilərdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Aparılan işlərin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır.

Asafaltlanma işləri yekunlaşan kimi avtonəqliyyat vasitələrinin hərəkəti üçün qoyulmuş məhdudiyyət aradan qaldırılacaq. Bununla da prospekt boyunca rahat və fasiləsiz gediş-gəliş təmin olunacaq.

Qeyd edək ki, yenidənqurma işləri ilə əlaqədar prospektin 7-ci dairəvi küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində müvəqqəti olaraq avtonəqliyyat vasitələri üçün əks istiqamətdə ikitərəfli hərəkət təmin olunub.

Xatırladaq ki, 8 Noyabr prospektinin yenidən qurulması layihəsinə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikintisi işləri yerinə yetirilir.



Sakinlərə ŞAD XƏBƏR: 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO/VİDEO - foto 1
Sakinlərə ŞAD XƏBƏR: 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO/VİDEO - foto 2
Sakinlərə ŞAD XƏBƏR: 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO/VİDEO - foto 3
Sakinlərə ŞAD XƏBƏR: 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO/VİDEO - foto 4
Sakinlərə ŞAD XƏBƏR: 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO/VİDEO - foto 5
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO