“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi YEKUNLAŞDI - FOTO/VİDEO

“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi YEKUNLAŞDI - FOTO/VİDEO

Hazırda oxunan: “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi YEKUNLAŞDI - FOTO/VİDEO
212234
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə Qazaxıstanda keçirilən “Sonsuz qardaşlıq - III” çoxmillətli təlimi başa çatıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, dörd yüz nəfərdən çox heyət üzvünün iştirak etdiyi təlimin bağlanış mərasimi Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilib.

Tədbirdə təlim iştirakçılarının peşəkarlığı yüksək qiymətləndirilib.

Qeyd olunub ki, plana əsasən, sərhədi pozan şərti qanunsuz silahlı birləşmənin qarşısının alınması və zərərsizləşdirilməsi, hakim yüksəkliklərin ələ keçirilməsi, pilotsuz uçuş aparatlarının radioelektron mübarizə vasitələrindən istifadə etməklə sıradan çıxarılması, eləcə də dron hücumundan qorunma məqsədilə hava kəşfiyyatının aparılması və digər tapşırıqlar xüsusi təyinatlılar tərəfindən məharətlə yerinə yetirilib.

Sonda təlimdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim edilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO