İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər cəzalandırıldı

İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər cəzalandırıldı

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər cəzalandırıldı
21213
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İşğaldan azad edilmiş ərazilərə keçmək istəyən şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, mayın 13-də polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Ağdam rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 6 nəfər saxlanılaraq aidiyyəti üzrə Ağdam RPŞ-yə gətirilib.

Araşdırmalarla onların rayon sakinləri Natiq Əsədov, Əli Məmmədov, Elmir Quliyev, Bəylər Məmmədov, Eldar Quliyev və Elgiz Cəfərov olduqları müəyyən edilib.

Saxlanılan şəxslər barəsində protokollar tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarı ilə N.Əsədov, E.Quliyev və M.Məmmədov 15 gün müddətinə həbs, digərləri barədə isə 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO