Ata və qızının ölümünə səbəb olan sürücünün cəzası BİLİNDİ

Ata və qızının ölümünə səbəb olan sürücünün cəzası BİLİNDİ

Hazırda oxunan: Ata və qızının ölümünə səbəb olan sürücünün cəzası BİLİNDİ
207806
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabirabadda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rauf Zeynalovun məhkəməsi başa çatıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Zeynalov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. 

Qeyd edilib ki, 1978-ci il təvəllüdlü Rauf Zeynalov idarə etdiyi “Milli ÖN” şirkətinin inkassatoru olan “Ford Transit” markalı avtomobillə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan velosipedi vurub.

Nəticədə velosipedi idarə edən 1972-ci il təvəllüdlü Əliyev Suliddin Lətif oğlu hadisə yerində ölüb. Oturacaqda əyləşən qızı 2011-ci il təvəllüdlü Əliyeva Zeynəb Suliddin qızı isə xəstəxanada dünyasını dəyişib. 

Ekspertizaya təqdim edilmiş videoda sürücünün saatda 50 kilometr sürət təyin edilmiş yolda avtomobili 93 km/saatla idarə etməsi məlum olub. 

Məhkəmədə S.Əliyevin həyat yoldaşı təqsirləndirilən sürücünü bağışladıqlarını, onun dəymiş zərəri ödədiyini bildirib. 

Məhkəmə R.Zeynalovu Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib. Ona 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd edilib və sürücü barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib və azadlıqda qalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO