Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir? – FOTO

Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir? – FOTO

Hazırda oxunan: Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir? – FOTO
207066
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə 3 hərbçimiz ölümündən sonra orden və medallarla təltif edilib. Belə ki, gizir Əliyev Rüfət Fizuli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, mayor Baxışlı Baxış Elşən oğlu “Vətən uğrunda” medalı, əsgər Nağıyev Əli Elşən oğlu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunublar.

Ölümündən sonra ordenlə təltif edilən gizir Rüfət Əliyev Vətən müharibəsi şəhididir. O, zəfərə iki gün qalmış, noyabrın 7-də dövlət sərhədinin üzərində yerləşən 812.0 yüksəkliyi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Mayor Baxış Baxışlı və əsgər Əli Nağıyev isə bu il iyunun 9-da ildırım vurması nəticəsində həlak olublar. Onlar “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi zamanı bədbəxt hadisə ilə üzləşiblər.

Fotoda gizir Rüfət Əliyev

Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir? – FOTO - foto 1

Fotoda mayor Baxış Baxışlı

Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir? – FOTO - foto 2

Fotoda əsgər Əli Nağıyev

Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir? – FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO