"Abzas Media"nın əməkdaşı barəsində əlavə ittihamlar

"Abzas Media"nın əməkdaşı barəsində əlavə ittihamlar

Hazırda oxunan: "Abzas Media"nın əməkdaşı barəsində əlavə ittihamlar
207016
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Abzas Media" işi çərçivəsində həbs edilən Nərgiz Absalamova barəsində əlavə ittihamlar verilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümbətova məlumat yayıb.

Belə ki, N.Absalamova 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2-ci maddələrlə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) ittiham olunur.

Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də N.Absalamova barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO