Bakıda və Abşeronda qanunsuz süxur daşıyan avtomobillər AŞKARLANDI

Bakıda və Abşeronda qanunsuz süxur daşıyan avtomobillər AŞKARLANDI

Hazırda oxunan: Bakıda və Abşeronda qanunsuz süxur daşıyan avtomobillər AŞKARLANDI
207005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri Sabunçu rayonunda və Abşeron rayonu Güzdək və Aşağı Güzdək qəsəbələrinin ərazisində gecə saatlarında qanunsuz süxur daşıyan nəqliyyat vasitələri müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Sabunçu rayonu ərazisində “Ford” markalı 90-MY-236 və 99-ZB-399, "Mercedes" markalı 99-TU-357, Abşeron rayonu Güzdək qəsəbəsində “Mercedes” markalı 99-BH-616, “HOWO” markalı 99-RO-742, “KAMAZ” markalı 90-TY-221, “SHACMAN” markalı 90-ME-611, 99-ZP-585, 77-LE-975, 99-OY-245, 99-ON-141, “Ford” markalı 99-EG-789, 99-TV-242, 77-XM-821, 77-HO-834, 99-XF-853, 05-BH-524 və "Daf" markalı 77-XF-321, Aşağı Güzdək qəsəbəsində isə “Kamaz” markalı 29-BA-302, 99-HN-327, 01-CN-079, 02-BG-202, 90-EM- 362, 01-CR-941, 10-MB-829, 90-VC-422, “Ford” markalı 99-NY-646 dövlət nömrə nişanlı yük avtomobilləri vasitəsilə ümumilikdə 304 m3 həcmində süxurun qanunsuz daşınması faktları məlum olub.

Faktlarla bağlı akt tərtib olunub, nəqliyyat vasitələrinin məxsus olduğu şəxlərin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

Daha sonra qanun pozucularının inzibati məsuliyyətə cəlb olunması üçün qanunamüvafiq tədbirlər görüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO