DİN Şəkidə əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO

DİN Şəkidə əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO

Hazırda oxunan: DİN Şəkidə əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO
206887
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan Cövhər Xəlilzadə və qohumu Sənan Hacıyev saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, onların rayonun Daşüz kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdikləri müəyyən edilib. 

Həmin yerə baxış keçirilərkən çəkisi 126 kiloqram olan 397 ədəd çətənə kolu və satış məqsədilə saxladıqları 2 kiloqram marixuana aşkar olunub.

C.Xəlilzadə və qohumu S.Hacıyev narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qaydada qulluq göstərdiklərini bildiriblər. 

Fakla bağlı Cinayət İşi başlanılıb. Məhkəmənin qərarı ilə C.Xəlilzadə və S.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən edilərək saxlanılmaları istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

DİN Şəkidə əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO - foto 1
DİN Şəkidə əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO - foto 2
DİN Şəkidə əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO - foto 3
DİN Şəkidə əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO - foto 4
DİN Şəkidə əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO