Gecə 4-də öldürülən 26 yaşlı Hüseyn iki uşaq atası imiş - FOTO

Gecə 4-də öldürülən 26 yaşlı Hüseyn iki uşaq atası imiş - FOTO

Hazırda oxunan: Gecə 4-də öldürülən 26 yaşlı Hüseyn iki uşaq atası imiş - FOTO
206884
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, bu gün saat 4 radələrində Göyçay rayonu ərazisində 1998-ci il təvəllüdlü Hüseyn Feyzullayev öldürülüb. Onun ölümünə görə şübhəli bilinən 2007-ci il təvəllüdlü Səid Bayramlı saxlanılıb.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, Göyçay rayonunun mərkəzində, “Dörd yol” deyilən ərazidə qeydə alınan hadisə söyüş üstündə baş verib.

Şahidlərin sözlərinə görə, marketin önündə söhbət edən zaman Hüseyn Səidin ünvanına nalayiq ifadələr səsləndirib. Aralarında baş verən mübahisə əlbəyaxa davaya çevrilib. 17 yaşlı yeniyetmə davadan sonra evə qayıdıb və yaşadığı mənzildən gətirdiyi bıçaqla Hüseynə ağır zərbələr endirib.

Əslən Göyçay rayon Çayarxı kəndindən olan Hüseyn Feyzullayev Bakı şəhərində yaşayıb. İki övlad atası olan Hüseyn valideynlərinin hər ikisini illər əvvəl itirib.

O, bir neçə gün əvvəl Bakıdan əmisigilin yaşadığı Çayarxı kəndinə gəlib. Hüseyni öldürməkdə şübhəli bilinən Səid Bayramlı əslən Kəlbəcər rayonundandır.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO