
- A-
- A
- A+
Cəmiyyət
22:03 / 12.08.2024
1 dəq oxunma
Göyçayda iribuynuzlu heyvan qəzaya səbəb oldu, azyaşlı xəsarət aldı - FOTO
Hazırda oxunan: Göyçayda iribuynuzlu heyvan qəzaya səbəb oldu, azyaşlı xəsarət aldı - FOTO
206353
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Göyçayda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı - Şamaxı - Yevlax yolunun 215 km-də, rayonun Qarabaqqal kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki 1986-cı il təvəllüdlü Göyçay rayon sakini Həmidov Kamil idarə etdiyi VAZ-2107 markalı avtomobillə həmin yolda hərəkətdə olarkən qəflətən yola iribuynuzlu heyvan çıxıb. Nəticədə avtomobil heyvanı vurub.
Qəza zamanı xəsarət alan azyaşlı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.





































































































